Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.
Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri - 1989-cu il təvəlüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları - 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.
Onlar Naxçıvan MR Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.
