"Eyüpspor"un baş məşqçisi Arda Turan "Başakşehir"ə 3:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuata açıqlama verib.
Apasport.az xəbər verir ki, 38 yaşlı baş məşqçi komandanın fiziki problem yaşadığını bildirib:
"Heç bir şəkildə məğlubiyyəti qəbul etmirəm, qəbul etməyəcəyik də. Futbolçularımın mübarizəsi ilə fəxr edirəm. İlk dördlükdən cəmi 3 xal geridəyik. Məqsədlərimizə doğru addımlayırıq. Problemləri danışmamağımız o demək deyil ki, biz əziyyət çəkmirik. Çətinliklərə baxmayaraq, biz təslim olmaq fikrində deyilik. Hər matçda daha yaxşı oynamaq üçün mübarizə aparacağıq".
Türkiyə Super Liqasında tura yekun vurulub
Ançelotti "Real Madrid"dən ayrılmağı düşünür
İbrahim Hatipoğlu: "Qalatasaray" derbinin favoritidir"
Qyökereş addım-addım Premyer Liqaya
“Mançester Siti” unikal rekorda imza atıb