"Real" klubunun baş məşqçisi Karlo Ançelotti İspaniya prokurorluğu ilə vergi ödəməmək işi üzrə sövdələşmədən imtina edib.
Operativ Media xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb.
Ançelottini 2014 və 2015-ci illərdə vergidən yayınmaqda ittiham edirlər və onu beş il həbs cəzası gözləyir. Çərşənbə günü 65 yaşlı mütəxəssis məhkəmə qarşısına çıxaraq ifadə verməyə hazır olduğunu və prokurorluqla sövdələşmədən imtina etdiyini bildirib.
Ançelotti 2021-ci ilin yayından etibarən "Real"ın baş məşqçisidir. O, daha əvvəl 2013-2015-ci illərdə də Madrid klubunda çalışıb. Bundan əlavə, 65 yaşlı italiyalı mütəxəssis "Everton", "Napoli", "Bavariya", "PSJ", "Çelsi", "Milan", "Yuventus" və "Parma" klublarını da çalışdırıb.
29 turdan sonra "Real" 63 xalla La Liqada ikinci yeri tutur və lider "Barselona"dan 3 xal geri qalır.