“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Kilian Mbappenin Madrid klubunun sabiq forvardı Kriştianu Ronaldonun uğurlarını təkrarlayıb-təkrarlamayacağı ilə bağlı sualı cavablandırıb.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis bunun çətin olacağını düşünür.
Ancaq Ançelotti fransalı futbolçunun “kral klubu”nun liderinə çevriləcəyinə inanır: “Bu, çətindir. Amma istəyirəm ki, Mbappe uzun müddət “Real”da Ronaldo ilə eyni səviyyədə olsun. Onun buna nail olmaq üçün keyfiyyətləri var. Ümid edirəm ki, Kilian bu klubun əfsanəsinə çevriləcək. Bunu bacara bilər. Kriştianunun buradakı təsiri təkcə qollarla ölçülmürdü”.
Qeyd edək ki, Kilian Mbappe “Real”a ötən ilin yayında PSJ-dən keçib.