“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun yarımfinalının “Real Sosyedad”la Madriddəki cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, səfərdə 1:0 hesablı qələbə qazanmış “Real” evdə əsas vaxtda 3:4 hesablı məğlubiyyətlə əlavə vaxta sürüklənsə də, yekunda 4:4 hesablı bərabərliyi qopararaq, finala yüksəlib.
Karlo Ançelotti matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Hesab 0:1 olanda, komandam özünü çox yaxşı göstərdi və hesabı tez bərabərləşdirdi. Eynisi hesab 1:3 ikən baş verdi. Əlavə vaxtda biz, məncə, daha güclü görünürdük. Müəyyən səhvlər vardı, amma yekunda biz bunun öhdəsindən gəldik. “Real Sosyedad” – həqiqətən güclü komandadır, onlar bizim işimizi son dərəcə çətinləşdirdilər… Mən, bizim, mərhələni adlayacağımıza heç şübhə etmirdim, axı “Santyaqo Bernaneu”da nə desən, baş verə bilər. Biz meydanda heç vaxt təslim olmuruq, bu isə çox vacibdir”, – “Mundo Deportivo” nəşri italyan mütəxəssisdən sitat gətirir.
Finala yüksəlmiş “Real” həlledici oyunda digər yarımfinal cütünün – “Barselona” – “Atletiko” (Madrid) oyununun qalibi ilə qarşılaşacaq.