“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti İspaniyada vergidən yayınması ilə bağlı ittiham üzrə ifadə verib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssis, “Real”ın ona əməkhaqqının bir hissəsini sima hüquqlarının ödənişləri şəklində almağı təklif edib:
“Mən ancaq o barədə düşünürdüm ki, üç ərzində altı milyon avro məbləği “təmiz” şəkildə ala biləcəyəmmi. Mən, nəyinsə düzgün olmadığını güman belə, etmirdim və mən, prokurorluğun mənim barəmdə təhqiqat apardığı haqda heç bir bildiriş almamışam.
“Real” mənə bunu (sima hüquqlarının ötürülməsini – redaktorun qeydi) təklif edəndə, mən öz ingilis məsləhətçim ilə əlaqə saxladım və daha heç vaxt təfərrüata varmadım, çünki mənə hər şey düzgün gəlirdi. Mən, bunun dələdüzluq olacağını belə, düşünmürdüm”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, Karlo Ançelotti 2014-2015-ci illər aralığında 1062079 avro məbləğində vergi ödənişini etməməkdə təqsirli bilinir. Ehtimal edilir ki, məhkəmədə sözügedən məqamlar çözüləcək və müvafiq məsələ uzun-uzadı çəkişməyə keçməyəcək.