AZ

Azərbaycanın çimərlik futbolu üzrə millisinin seçmə mərhələ oyunlarının təqvimi açıqlanıb

Bakı, 2 aprel, AZƏRTAC

Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsində (EBSL) keçiriləcək oyunların təqvimi müəyyənləşib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, B Liqasının A qrupunda yer alan Azərbaycan milli komandası Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.

Millimizin matçlarının təqvimi

23 may

13:00. Azərbaycan – İngiltərə

24 may

13:00. Azərbaycan – Belçika

25 may

14:15. Litva – Azərbaycan

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Seçilən
124
10
azertag.az

10Mənbələr