AZ

Çimərlik futbolu: Millimizin oyun təqvimi açıqlandı

Çimərlik futbolu üzrə Avropa çempionatının birinci seçmə mərhələsində (EBSL) keçiriləcək oyunların təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

B Liqasının A qrupunda yer alan Azərbaycan milli komandası Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.

Millimiz mayın 23-də İngiltərə, ertəsi gün Belçika, son oyun günündə Litva ilə qarşılaşacaq. İlk iki matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Ayın 25-də keçirilək görüş isə 14:15-də start götürəcək.

23 may
13:00. Azərbaycan – İngiltərə

24 may
13:00. Azərbaycan – Belçika

25 may
14:15. Litva – Azərbaycan

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Seçilən
124
10
arena.az

10Mənbələr