Çimərlik futbolu üzrə Avropa çempionatının 1-ci seçmə mərhələsində (EBSL) keçiriləcək oyunların təqvimi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.
Millimizin matçlarının təqvimi:
23 may, saat 13.00. Azərbaycan – İngiltərə
24 may, saat 13.00. Azərbaycan – Belçika
25 may, saat 14.15. Litva – Azərbaycan