AZ

Azərbaycan milli komandasının keçiriləcək oyunların təqvimi müəyyənləşib

Bakı. Trend:

Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsində(EBSL) keçiriləcək oyunların təqvimi müəyyənləşib.

Trend xəbərverir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

B Liqasının A qrupunda yer alan Azərbaycan milli komandasıLitva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq. Buqrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariaşəhərində keçiriləcək.

Millimizin matçlarının təqvimi ilə sizi tanış edirik:

23 may
13:00. Azərbaycan – İngiltərə

24 may
13:00. Azərbaycan – Belçika

25 may
14:15. Litva – Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Məqalədə:
Seçilən
117
1
az.trend.az

10Mənbələr