AZ

EBSL: Millinin oyunlarının vaxtı məlum oldu

Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsində (EBSL) keçiriləcək oyunların təqvimi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan Azərbaycan milli komandası Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.

Millimizin matçlarının təqvimi ilə sizi tanış edirik:

23 may
13:00. Azərbaycan – İngiltərə

24 may
13:00. Azərbaycan – Belçika

25 may
14:15. Litva – Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Seçilən
84
7
futbolpress.az

10Mənbələr