UEFA dünən “Real”ın Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirdiyi oyundan sonra 4 futbolçuya qarşı istintaqa başlayıb.
Futbolpress.az xəbər verir ki, Vinisius Junior, Kilian Mbappe, Dani Sebalyos və Antonio Rudiger qeyri-münasib davranışda ittiham olunublar. Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti mövzu ilə bağlı açıqlama verib:
“Biz UEFA-ya güvənirik. Hər şeyin yaxşı olduğunu düşünürük. UEFA-nın qərarını gözləyirik, lakin əminik ki, hər şey yaxşı olacaq”.
“Kral klubu” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq. Komandalar arasında ilk oyun aprelin 8-də Londonda keçiriləcək.