AZ

Ançelotti müasir futbol haqda: “Əvvəllər bu, başqa idman idi”

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti müasir futbol haqqında qənaətini açıqlayaraq, futbolçuların iş yükündən danışıb.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Əvvəllər belə sökülüb-dağılma yox idi. Əvvəllər bu, başqa idman idi, başqa futbol idi. Nəinki sökülüb-dağılmaya görə, həmçinin hazırlıq, iş yükü, yəni zədələr baxımından. Biz, daha çox vaxta ümid ilə bunun öhdəsində gəlməliyik ki, daha yaxşı bərpa olaq və oyunlara hazırlaşaq… Bu mövsüm çox çətin olacaq. Biz, sona qədər qurtula bilmədiyimiz ciddi zədələri diqqətə alaraq, onun öhdəsindən yaxşı gəldik”, deyə Ançelotti vurğulayıb.

29 oyundan 63 xal toplamış “Real” İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Seçilən
118
50
arena.az

10Mənbələr