EN

Paşinyan Türkiyəyə başsağlığı verdi  

Ermənistanın Baş naziri Nikol Paşinyan Bolu vilayətindəki istirahət mərkəzində baş verən faciə ilə bağlı Türkiyəyə başsağlığı verib.

Parol.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazan Paşinyan bildirib:

“Boluda yerləşən xizək kurortunda baş vermiş faciə şokedicidir. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralananların tezliklə sağalmasını arzulayıram”.

Qeyd edək ki, Türkiyədə xizəkçilik mərkəzindəki yanğında 76 nəfər ölüb, ölkədə bir günlük matəm elan olunub.

Chosen
4
38
parol.az

10Sources