RU

Türkiyə avtomobil sektorunda yeni investisiyalar edəcək

Bakı, TurkicWorld

Türkiyənin avtomobil sektorunda yeni investisiyalar üçün təşviq və dəstək davam edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır məlumat verib.

"Avtomobil sənayesi ilə güclü təchizat əlaqələri olan müxtəlif sektorlara yeni investisiyalar ilə bağlı investorlarla danışıqlarımız bu il də davam edəcək."- deyə kacır bildirib.

Türk avtomobil sənayesinin potensialı 2 milyon avtomobil olduğuna, onun ixracat gücünün 37,2 milyard dollarlıq ixrac həcminə malik olduğuna və ümumilikdə bu sektorda 550 min nəfərin işlədiyinə diqqət çəkən Kacır, 2000-ci ildən bu yana Türk avtomobil sənayesində qlobal markaların 18 milyard dollar investisiya etdiyini və 100 ən yaxşı qlobal təchizatçıdan 30-dan çoxunun Türkiyədə istehsal müəssisələri açdığını qeyd edib.

Qeyd edək ki, Kacır, avtomobil sektoru da daxil olmaqla yüksək texnologiyalı, innovativ və yüksək əlavə dəyərli sektorlarda investisiya mühitini dəstəkləyərək Türkiyəni regional istehsal bazasına çevirmək üçün Nazirlik olaraq investisiyalar etdiyini xatırladıb.

Избранный
14
50
turkic.world

10Источники