AZ

Azərbaycanda MasterCard kartları ilə aparılan əməliyyatların həcmi artıb

Bakı. Trend:

Ötən il dekabrın 1-nə Azərbaycanın maliyyə institutlarınınrezidentləri tərəfindən emissiya edilmiş MasterCard kartlarındanistifadə etməklə aparılmış əməliyyatların sayı (statistik vahidinödəniş kartları da daxil olmaqla) 62,6 milyon ədəd, əməliyyatlarınhəcmi isə 4,5 milyard manat təşkil edib.

Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə MasterCardkartları üzrə əməliyyatların sayı 34,9 milyon (2,3 dəfə),əməliyyatların həcmi isə 1,8 milyard manat (66,7 faiz) artıb.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda rezident maliyyəinstitutları tərəfindən MasterCard ödəniş kartları üzrə aparılanəməliyyatların sayı 27,7 milyon ədəd, əməliyyatların həcmi isə 2,7milyard manat təşkil edib.

Qeyd edək ki, rezident maliyyə institutlarının ödəniş kartlarıAzərbaycanın bankları və ödəniş təşkilatları tərəfindən buraxılankartlardır.

Məqalədə:
Seçilən
129
36
az.trend.az

10Mənbələr