Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Hərəkətdə olan Ə. Hüseynovun idarə etdiyi "Chevrolet" markalı maşınla H. Quliyevin "Mercedes" markalı avtomobilləri toqquşub.
Nəticədə sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Hazırda onun müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu